"Mançester Yunayted"in yarımmüdafiəçisi Skot Maktominayın "Bayern Münhen"ə keçidi ilə bağlı tərəflər arasında danışıqlar iflasa uğramaq ərəfəsindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı “Bild” yayıb.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” yarımmüdafiəçisinin satışından ən azı 40-45 milyon avro qazanmaq niyyətindədir. Almaniya nəhəngi isə bu məbləği ödəməyə razı deyil. Baxmayaraq ki, münhenlilərin baş məşqçisi Tomas Tuxel Maktominayın transferində şəxsən maraqlıdır.
26 yaşlı şotlandiyalı futbolçu 2022/2023 mövsümündə "Mançester Yunayted"in heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 3 qol vurub və iki məhsuldar ötürmə edib.
Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Mirağa