"Barselona"nın hücumçusu Robert Levandovski komandası haqda tənqidi fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, "Eleven Sports" onun dediklərini belə çatdırıb:
"Biz "Barselona"yıq və bizdən yalnız qələbə, hücum futbolu gözləyirlər. Əvvəl oyunumuz belə idi. Çünki biz oyunlar zamanı çoxsaylı qol fürsətləri yaratmaq üçün mübarizə aparırdıq. Son vaxtlar isə vəziyyət fərqlidir.
Ansu ilə Ferran ikisi eyni vaxtda meydana çıxanda daha çox qol epizodları yaradırıq. Yəni bunu həmişə yox, hərdən edirik. Hücumameyilli futbolçularımızın sayı yetərincə deyil. Ön xətdə dəstəyimiz yoxdur. Ona görə də mən komanda üçün ən yaxşı həll yolunu axtarıram".
Nihat