"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 4-cü turunda "Əl-Şabab" üzərində qazandıqları qələbəni (4:0) şərh edib.
Fanat.Az xəbər verir ki, darmadağına dublla töhfə verən 38 yaşlı portuqaliyalı sosial şəbəkə hesablarında paylaşım edib:
"Stadionumuzda necə də möhtəşəm atmosfer var! Qələbəni azarkeşlərimizlə qeyd etdiyimiz üçün şadam! Komanda fantastik oynadı! İrəli, "Əl-Nəsr"!"
Xatırladaq ki, Ronaldu "Əl-Nəsr"də bu ilin yanvarından çıxış edir.
Nihat