"Mançester Siti"nin hücumçusu Erlinq Holand Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, BBC norveçli ulduzun dediklərini belə çatdırıb:
"Mənim üçün bu mükafatı qazanmaq böyük şərəfdir. Öz rəqiblərin tərəfindən qəbul edilmək gözəl hissdir. Mənə səs verən bütün futbolçulara minnətdarlığımı bildirirəm. Heç vaxt təsəvvür etməzdim ki, nə vaxtsa komandamla trebl edəcəyəm. Ötən mövsümlə bağlı xatirələr həmişə yaddaşımızda qalacaq. Ancaq biz indi yeni mövsümdə də eyni uğura imza atmaq istəyirik".
Qeyd edək ki, ötən mövsüm MS forması ilə bütün turnirlərdə 53 matça çıxan Holand 52 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat