Hazırda “İnter Mayami”də çıxış edən Jordi Alba İspaniya millisində karyerasını bitirmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Mənbənin məlumatına görə, o, 34 yaşında bir materikdən digərinə uçmağın çətin olduğunu nəzərə alaraq bu addımı atıb. Üstəlik, MLS-in təqvimi FIFA-nın milli üçün ayrılan tarixlərlə zəif sinxronlaşdırılıb. Başqa sözlə, ABŞ çempionatında "milli pəncərəsi" demək olar nəzərdə tutulmur.
Qeyd edək ki, Alba 12 il İspaniya yığmasında çıxış edib. Bu müddət ərzində o, 93 oyun keçirib və 9 qol vurub. O, AÇ-2012-nin və Millətlər Liqası-2023-ün qalibi olmağı bacarıb.
Mirağa