Qətərin "Əl-Ərəbi" klubu yarımmüdafiəçi Marko Verrattinin transferi ilə bağlı PSJ ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, klublar 50 milyon avroya razılaşıb. Qətər klubu futbolçuya 2026-cı ilə qədər sərfəli müqavilə təklif edib.
Verratti ilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" və "Əl-Əhli" də maraqlıdı. Amma son xəbərdə Qətər klubunun futbolçu uğrunda mübarizədə rəqiblərini qabaqladığı vurğulanıb.
Mirağa