"Liverpul" hücumçusu Məhəmməd Salah üçün "Əl-İttihad"ın istənilən təklifini rədd edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist Pol Coys sosial şəbəkə hesabında paylaşıb.
“Əl-İttihad” “qırmızılar”ın lideri üçün 129 milyon funt-sterlinq (150 milyon avro) ödəməyə hazırdır. Bununla belə, İngiltərə klubunun rəhbərliyi ulduzunu satmaq fikrində deyillər.
Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul" ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. İngiltərə nəhəngi bu həftəsonu Premyer Liqada "Aston Villa"nı qəbul edəcək.
Mirağa