"Əl-İttifaq" PSJ-nin yarımmüdafiəçisi Jorginyo Veynaldumun transferini başa çatdırmaq üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
PSJ futbolçusunun satışına etiraz etmir və tərəflər arasında danışıqlar müsbət məcrada davam edir.
Xatırladaq ki, hazırda “Əl-İttifaq”a Stiven Cerrard rəhbərlik edir. “Liverpul”un keçmiş yarımmüdafiəçisinin transferində məhz o, israr edir.
Mirağa