"Yuventus" yeni yarımmüdafiəçi transfer etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Turin təmsilçisi Almaniyanın "Verder" klubunun futbolçusu Dikeni Salifuya elçi düşüb. Mənbə Salifunun özü ilə müqavilə şərtlərinin razılaşdırıldığını, klubların isə danışıqları davam etdirdiklərini vurğulayıb. "Qoca sinyora"nın 20 yaşlı oyunçunu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürməyi planlaşdırdığı bildirilib.
Qeyd edək ki, Salifu bu mövsüm Bundesliqada 1 oyuna çıxıb.
Nihat