"Spartak"ın hücumçusu Şamar Nikolson karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Xəbərə görə, onun xidmətində "Valensiya" maraqlıdır. Mənbə yay transfer pəncərəsinin son saatlarında forvard transferini reallaşdırmağı hədəfləyən "yarasalar"ın 26 yaşlı yamaykalını ən yaxşı namizədlərdən biri saydığını vurğulayıb.
Qeyd edək ki, Şamar 2021-ci ildən "Spartak"dadır. Onun Moskva təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Nihat