"Çelsi" "Mançester Siti"dən ingilis yarımmüdafiəçi Koul Palmerin keçidini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, London klubu yeni transferini rəsmi saytı vasitəsilə açıqlayıb.
Palmerin transfer məbləği 40 milyon funt-sterlinq (təxminən 46,7 milyon avro) olub. "Mançester Siti" daha beş milyon funt-sterlinq (5,8 milyon avro) bonuslar şəklində qazana biləcək. 21 yaşlı ingilis futbolçu "Çelsi" ilə 7 illik müqavilə imzalayıb. Hansı ki, sonradan anlaşma daha bir mövsüm uzadıla bilər. Palmer yeni komandasında 20 nömrəli forma geyinəcək.
Koul Palmer bu mövsüm "Mançester Siti"də cəmi üç oyun keçirib və bu matçda vurduğu iki qolla fərqlənməyi bacarıb.
Mirağa