"Real Madrid"in braziliyalı yarımmüdafiəçisi Reynier kareyrasını İtaliyada davam etdirəcək.
Fanat.Az "Kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu cari mövsümü icarə əsasında "Frozinone"də keçirəcək.
"Real" Reynieri 2020-ci ildə, 30 milyon avro qarşılığında Braziliyanın "Flamenqo" klubundan alıb.
Sözügedən oyunçu ötən mövsüm "Jirona"da icarədə olub.
Nihat