“Atletiko Madrid”in portuqaliyalı hücumçusu Joau Feliks digər İspaniya nəhəngi “Barselona”ya keçib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı forvard Kataloniya təmsilçisində icarə əsasında çıxış edəcək.
Klublar arasında anlaşmanın müddəti 2024-cü ilin sonuna qədərdir. Bura satın alma seçimi daxil deyil.
Feliksin “Atletiko” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. Hücumçu bu mövsüm heç bir oyunda meydana çıxmayıb. O, ötən mövsümün ikinci yarısında icarə əsasında "Çelsi"nin formasını geyinib.
Mirağa