PSJ-nin və Niderland millisinin yarımmüdafiəçisi Jorjinyo Veynaldum karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, ərəblər onun keçidini rəsmən elan ediblər.
32 yaşlı futbolçunun müqaviləsinin müddəti 3 illikdir. Keçid üçün Paris təmsilçisinə 10 milyon avro ödənildiyi bildirilir.
Qeyd edək ki, 2021-ci ildən Paris klubunda çıxış edən Veynaldumun PSJ ilə müqaviləsi 2024-cü ilin iyununa qədər idi. Yarımmüdafiəçi Fransa nəhənginin heyətində bütün yarışlarda keçirdiyi 38 görüşdə üç qol vurub və üç məhsuldar ötürmə edib. O, 2022/2023 mövsümünü icarə əsasında “Roma”a keçirib.
Mirağa