Yaponiyanın "Vissel Kobe" klubu ispaniyalı yarımmüdafiəçi Xuan Matanı transfer edib.
Fanat.Az xəbər verir ki, asiyalılar bu keçidi rəsmi saytı vasitəsilə elan ediblər.
Təcrübəli futbolçu Yaponiya təmsilçisində 64 nömrədə çıxış edəcək.
Matanın son klubu “Qalatasaray” olub. O, bu yay İstanbul nəhəngindən azad agent kimi ayrılıb.
Mirağa