"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İPL-in 4-cü turunda "Arsenal"a məğlubiyyəti (1:3) şərh edib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Çox yaxşı oyun keçirdik, amma hər şey bizim əleyhimizə oldu. Bir qədər bəxtə ehtiyacımız var.
Qarnaçonun ləğ edilən qolu? Orada ofsayd yox idi. Ancaq bu, nəticəni dəyişmir. İkinci qolu buraxdığımız epizodda isə Evansa qarşı qaydanı pozmuşdular. İstər-istəməz vəziyyətlə barışmalıyıq. Mən komandamın oyunundan razı qaldım".
Nihat