PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubundan "Əl-Hilal"a transfer olunan Neymarın "Messi ilə PSJ-də cəhənnəmi gördük" fikrinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin dediklərini "PSG Report" belə çatdırıb:
"Neymar PSJ-də cəhənnəmdə olduğunu deyib? Bu onun şəxsi təcrübəsidir. Dərinliyə getmək istəmirəm. Öz adımdan onu deyə bilərəm ki, hər şey ürəyimcədir. Unikal komandanın baş məşqçisiyəm və klub mənə 100 faiz etibar edir".
Xatırladaq ki, 31 yaşlı Neymar "Əl-Hilal"la 2 illik müqavilə bağlayıb.
Nihat