Son dünya çempionu Lionel Messinin MLS Liqasındakı son oyunlarına baxmaq üçün bir sıra məşhur şəxslər stadiona baş çəkiblər.
Fanat.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, bazar gecəsi "Los Ancels"lə matçda argentinalı ulduzu görmək istəyənlər arasında Şahzadə Harri, aktyor Leonardo Di Kaprio, Lebron Ceyms, Selena Qomez, Ceyson Sudeykis, Liam Qallager və bir sıra digər şəxslər olub.
Mənbə, indiyə qədər "İnter Mayami"nin oyununda bu qədər anşlaq olmadığını vurğulayıb.
Nahid Məmmədov