Milan "İnter"ini komandanın baş məşqçisi Simone İnzagi ilə bağlı qərarını verib.
Fanat.Az-ın İtaliya klubunun saytına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssislə müqavilə yenilənib.
İnzagi müddəti 2025-ci ilə qədər olan anlaşmaya imza atıb.
Sözügedən mütəxəssis 2021-ci ildən "qara-göylər"i çalışdırır. Onun rəhbərliyi altında komanda iki dəfə İtaliya Kubokunun, bir dəfə İtaliya Superkubokunun qalibi olub. Eləcə də İnzagi ötən mövsüm "neradzurra"nı Çempionlar Liqasının finalına daşıyıb.
Nihat