London "Arsenal"ının yarımmüdafiəçisi Bukayo Saka 2023-cü ilin yekunlarına görə, İngiltərə yığmasının ən yaxşı futbolçusu olub.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən ölkənin milli komandasının rəsmi "Twitter" hesab; paylaşıb.
Sorğunu İngiltərə millisinin azarkeşləri açıq səsvermə ilə ediblər.
Saka Cude Bellinqem və Harri Keyni qabaqlaya bilib.
İl ərzində Bukayo Saka İngiltərə millisinin heyətində on oyun keçirib, 7 qol vurub. O, 2022-ci il dünya çempionatında yığmanın beş oyunundan dördündə iştirak edib və İran yığması ilə matçda görüşün ən yaxşı oyunçusu kimi tanınıb.
Mirağa