İspaniya "Real Betis"ində çıxış edən 26 yaşlı braziliyalı müdafiəçi Luis Felipe karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Matteo Moretto yayıb.
Onun sosial şəbəkə hesabından verdiyi məlumata görə, "Əl-İttihad" cənubi amerikalı futbolçunun xidmətində maraqlıdır. Tərəflər artıq danışıqlara başlayıb və potensial sövdələşmənin detallarını müzakirə edirlər.
Felipenin ispan klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" onun dəyərini 15 milyon avro qiymətləndirir.
Müdafiəçi bu mövsüm Sevilyya təmsilçisinin heyətində La Liqada dörd oyuna çıxıb.
Mirağa