"Nyukasl"ın kapitanı Camal Lassels Səudiyyə Ərəbistanından transfer təklifi alıb.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat verib.
Lasselslə "Əl-Şəbab" klubu maraqlanır. Ərəblər müqaviləni tezliklə bağlamaq istəyirlər.
Camal Lassels uzun müddətdir ki, "Nyukasl"ın rənglərini qoruyur. 2014-cü ildən bəri o, bu komandanın heyətində 225 oyuna çıxıb. Mərkəz müdafiəçisinin aktivində 14 qol və 4 məhsuldar ötürmə var.
Mirağa