"Çelsi" rəhbərliyi yeni sponsor axtarışlarını davam etdirir.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "zadəganlar"ın rəhbərliyi Səudiyyə Ərəbistanının dövlət aviaşirkəti olan "Riyadh Air"in nümayəndələri ilə görüşüb.
Mənbə tərəflərin uzunmüddətli sponsorluq müqaviləsini müzakirə etdiklərini vurğulayıb. Xəbərə görə, "Çelsi" həm də xarici bukmeker kontorlarından danışıq aparıb.
Xatırladaq ki, London təmsilçisi İPL-in ilk 4 turunda 4 xal toplaya bilib. "Göylər" turnir cədvəlinin 12-ci pilləsində mövqe tutub.
Nihat