Braziliya millisinin və "Əl-Hilal"ın hücumçusu Neymar indiyədək aldığı ən üzücü yenilgini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "L’Equipe" onun dediklərini belə çatdırıb:
"Təəssüf ki, yenə dünya çempionu ola bilmədik. Bundan daha üzücü məğlubiyyət xatırlamıram. Ancaq biz daha yaxşı olacağıq. Heyətimizdə yaxşı gələcək vəd edən gənc futbolçular çoxdur. Növbəti mundiala 3 il qalıb. Yenilənmə mərhələsindəyik".
Xatırladaq ki, Qətərdə keçirilən son mundialın 1/4 fianlında Xorvatiyaya oyunsonrası penaltilərlə uduzan (1:1, penaltilərlə 4:2) Braziliya mübarizəni dayandırmışdı.