İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Marselo Flores Meksika liqasına keçir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
19 yaşlı meksikalı karyerasını vətənində San-Nikolas de los Qarsa şəhərinin "UANL Tigres" klubunda davam etdirəcək.
Floresin yeni müqaviləsi 4 illikdir. Yarımmüdafiəçi yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Marselo Flores “Arsenal”ın yetirməsidir. O, London klubunun gənclər komandasında ümumilikdə 52 oyun keçirib, 16 qol vurub və 7 məhsuldar ötürmə edib. Meksikalı son mövsümü icarə əsasında İspaniyanın "Ovyedo"sunda keçirib və bu komandada 15 oyuna çıxaraq, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa