"Trabzonspor"un hücumçusu Canini Semedo Səudiyyə Ərəbistanının "Əl-Fateh" klubuna transfer olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi açıqlama yayıb.
Məlumata görə, Kabo Verdedən olan futbolçunun transferi ilə bağlı razılıq əldə olunub.
Razılaşmaya əsasən, "Əl-Fateh" müqavilədəki sərbəst qalma haqqı olaraq Qara dəniz klubuna 1 milyon 80 min dollar ödəyəcək.
Canini Semedo "Trabzonspor" formasında 94 matça çıxaraq 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
Mirağa