Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar Braziliya millisinin rekordçusuna çevrilib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə Boliviyanın qapısına 2 dəfə yol tapmaqla nail olub.
Ulduz hücumçu qonaq komandanı 5:1 hesabı ilə yendikləri görüşdə yığmada vurduğu qolların sayını 79-a çatdırıb və milli forma ilə rəsmi qarşılaşmalarda 77 dəfə fərqlənmiş Peleni geridə qoyub.
Nihat