"Srvena Zvezda"nın müdafiəçisi Yeqor Prutsev karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az "Сalciomercato"ya istinadən xəbər verir ki, hazırda icarə əsasında Sloveniya "Tsele"sində forma geyinən 20 yaşlı rusun xidmətində "Roma" maraqlıdır.
Xəbərə görə, "canavarlar"ın skautları Yeqorun çıxışını "Tsele"nin Konfrans Liqasında İsrail "Makkabi"sinə qarşı keçirdiyi ev oyununda izləyiblər. Mənbə italyanların həmin matçda məhsuldar ötürmə müəllifi olan arxa xətt oyunçusunun performansını bəyəndiklərini vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin yayında "Srvena Zvezda" ilə 4 illik müqavilə bağlayan Prutsev bu ilin mayında Serbiya vətəndaşlığı alıb.
Nihat