İspaniya millisinin heyətində iki dəyişiklik edilib.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, Dani Olmo və Marko Asensio zədəli olduqları üçün heyətdən kənarlaşdırılıblar.
Baş məşqçi Luis de la Fuente onların əvəzinə "Barselona"nın hücumçusu Ferran Torres və "Vilyarreal"ın forvardı Yeremi Pinonu yığmaya çağırıb.
Qeyd edək ki, İspaniya AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu sentyabrın 12-də Kiprə qarşı keçirəcək.