Almaniya millisi yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Hans-Diter Flikin rəhbərlik etdiyi kollektiv Yaponiya ilə qarşılaşıb.
Asiyalılar Almaniyada baş tutan görüşdə darmadağınla qalib gəliblər - 4:1.
Almaniya millisinin heyətində Leroy Sane fərqlənib. Yaponiyanın qollarını isə İto, Ueda, Asano və Tanaka vurub.
Beləliklə, Almaniya millisi son beş oyunda qələbə qazana bilməyib. Düzdür, hamısı yoldaşlıq görüşündə olub. Flikin rəhbərlik etdiyi "alman maşını" Yaponiyadan əvvəl Kolumbiya, Polşa, Ukrayna və Belçika yığmalarına qalib gələ bilməyib. Almanlar belçikalılara (2:3), polyaklara (0:1) və kolumbiyalılara (0:2) uduzub, Ukrayna ilə bərabərə (3:3) qalıblar.