"Qızıl top"u Lionel Messiyə verməyə borcludurlar".
Fanat.Az xəbər verir ki, bunu "Aston Villa"nın sabiq hücumçusu Qabriel Aqbonlahor deyib.
İngiltərə millisinin eks forvardı fikrini belə əsaslandırıb: "Messi dünya çempionatının qalibi olub və mundialda möhtəşəm performans sərgiləyib. Argentina ilə Meksika arasında keçirilən matçı (tərəflər C qrupunda üz-üzə gəlib və cənubi ameriaklıların 2:0 hesablı qələbəsi iləı bitib. Messi 67-ci dəqiqədə komandasının ilk qolunu vurub - red.) canlı izləmişəm. Heç vaxt belə adrenalin hiss etməmişdim. Azarkeşlər onu elə sevgi ilə dəstəkləyirdilər ki, sanki meydandakı tanrının özü idi. Hamı onun yorulduğunu düşündüyü anda topu sol ayağı ilə qapının küncünə göndərdi.
Holandın bəxti gətirmədi. Ancaq düşünürəm ki, onun gələn il "Qızıl top"u qazanmaq şansı olacaq".
Nihat