AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turunda Azərbaycan millisini 1:0 hesabı ilə məğlub edən Belçika yığmasının yarımmüdafiəçisi Amadu Onana "Dalğa Arena"da baş tutan oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu belə danışıb:
“Çətin oyun oldu. İnsanlar bu rəqibə asanlıqla qalib gələcəyimizi gözləyirdilər. Amma asan matç olmur. Azərbaycan bizə problem yaradan, hörmətəlayiq rəqibdir. Məqsəd Bakıda qol vurmaq və 3 xal qazanmaq idi. Meydanın mərkəzinə düzgün nəzarət etdik. Xətlərarası əlaqəni qorumağa çalışdıq və istəyimizə çatdıq”.
Qeyd edək ki, qonaqların qolunu Yannik Karrasko vurub.