"Yuventus"un sahibi olan Anyellilər ailəsi klubu satmaq qərarına gəlib və artıq potensial alıcılar axtarmağa başlayıb.
Fanat.Az "Il Giornale"yə istinadən xəbər verir ki, "qoca sinyora"nın bazar qiyməti 800 milyon avro olsa da, A Seriyası təmsilçisini 1,5 milyard avroya satmaq mümkündür.
Anyellilər ailəsi 100 ildir ki, "Yuventus"un sahibidir. 2010-cu ildən Turin təmsilçisinin prezidenti olan Andrea Anyelli 2022-ci ilin noyabrında postunu tərk edib. O, klubda maliyyə fırıldaqları ilə bağlı aparılan araşdırmalar fonunda istefa verib.
Ötən mövsüm maliyyə fırıldaqlarına görə 10 xalı silinən "Yuventus" A Seriyasındakı mübarizəni 62 xalla 7-ci yerdə tamamlayıb.
Nihat