Mərakeş və Braziliyanın gənclər yığmaları arasında yoldaşlıq görüşüb ləğv edilib.
Fanat.Az Mərakeş Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna Mərakeşdə baş verən güclü zəlzələ səbəb olub.
Ölkədə 3 günlük milli matəm elan edildiyindən bu gün keçirilməli olan qarşılaşma baş tutmayacaq.
Qeyd edək ki, sentyabrın 8-də baş vermiş zəlzələ nəticəsində 2000-dən çox adam həyatını itirib.