Almaniya millisinin baş məşqçisi postuna əsas namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "90min" yayıb.
Xəbərə görə, bunlar "Bayern Münhen"in çalışdırıcısı Tomas Tuxel, "Liverpul"un baş məşqçisi Yürgen Klopp və hazırda işsiz olan Yulian Nagelsmandır.
Xatırladaq ki, dünən Almaniya Futbol İttifaqı baş məşqçi Hans-Diter Fliki və yığmadakı köməkçilərini istefaya göndərib. Futbol qurumunun belə qərar verməsinə bundestimin sentyabrın 9-da keçirilən yoldaşlıq görüşündə Yaponiyaya 1:4 hesabı ilə uduzması səbəb olub.
Nihat