Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adiyev AÇ-2024-ün seçmə mərhələsində Şimali İrlandiya üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, o, "championat.com"a belə danışıb:
"Oyun çətin alındı. Bilirdik ki, belə olacaq. Seçmə mərhələdə asan oyun gözləməyə dəyməz. Çətin oyunda üç xal qazanmaq ikiqat xoşdur. İstər klubda, istərsə də millidə yanaşmam eynidir: qarşıdakı oyuna baxıram və həmin görüş haqda düşünürəm. Sonda isə neçə xal topladığını fakt şəklində görürsən. Şadıq ki, seçmə mərhələnin sonuna dörd tur qalmış namizədlər sırasındayıq. Ancaq Avropa çempionatının final mərhələsinə qatılmağın asan olmayacağını da bilirik".
Nihat