"Mançester Yunayted" yeni forvardı Rasmus Höylunnun formalarını sata bilmir.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb 70 milyon avro dəyərində olan danimarkalı hücumçunun soyadının ikinci hərfinin (ø) hazırda anbarda tükənməsidir
Məlumata görə, klub qısa zamanda problemi həll edəcəyini bildirib.
Qeyd edək ki, Höylünn 2022/2023 mövsümündə "Atalanta" forması ilə bütün turnirlərdə 34 matça çıxaraq 10 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Nahid Məmmədov