"Real Madrid" heyətinə seneqallı hücumçu qatmağa hazırlaşır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Kral klubu" hazırda "Jenerasyon Fut" klubunun formasını geyinən 15 yaşlı afrikalını - Amara Diufu rənglərinəı bağlamağı planlaşdırır.
Bu mövsüm Diuf Seneqal millisində 15 yaş 94 günlüyündə rəsmi matça çıxaraq unikal nəticəyə imza atıb. Yeniyetmə forvard Norveç yığmasında ilk oyununu 15 yaş 293 günlüyündə keçirmiş Martin Edeqorun rekordunu yeniləyib.
Nihat