"Bayern Münhen"in zədəli müdafiəçisi Rafael Gerreyrunun son vəziyyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" nəşri yayıb.
Xəbərə görə, Portuqaliya millisinin üzvü bu gündən fərdi proqram üzrə hazırlığa başlayıb. 29 yaşlı oyunçunun yaxın vaxtlarda kollektiv məşqlərə qatıla biləcəyi gözlənilir.
Xatırladaq ki, Rafael Münhen klubuna bu yay azad agent statusu ilə qoşulub. İyunda "Bayern"nin sıralarına cəlb edilən oyunçu mövsümöncəsi məşq zamanı baldır əzələsindən zədə alıb. Onun Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Gerreyrunun transfer dəyərini 20 milyon avro ilə qiymətləndirir.
Nihat