"Bayern Münhen"in və Almaniya yığmasının yarımmüdafiəçisi Yozua Kimmix Yaponiya millisi ilə sentyabrın 9-da keçirilən yoldaşlıq görüşündə (1:4) aldığı zədə səbəbindən Münhen komandasının növbəti matçını buraxa bilər.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Maksimilian Kox öz "Twitter" səhifəsində yazıb.
Kimmixin Yaponiya millisi ilə oyunda bud nahiyəsindən zədələnən oyunçunun hələ səhhəti ilə bağlı problemi hələ geridə qoymadığı vurğulanıb. Orta xətt oyunçusunun bu gün Münhendə müayinədən keçəcəyi bildirilib.
Qeyd edək ki, "Bayern Münhen" sentyabrın 15-də "Bayer Leverkuzen"lə qarşılaşacaq.
Nihat