"Milan"ın yarımmüdafiəçisi Kristian Pulişiç komandasının bu mövsüm İtaliya çempionu olmaq şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"Biz özümüzə əminik. Güclü, istedadlı oyunçularımız var. Həm də sıaralarımıza yeni, keyfiyyətli futbolçular da qoşulub. A Seriyasının qalibi ola bilərik. Sadəcə, çalışmaq və komanda şəklində yüksək performans sərgiləmək lazımdır.
Mövsümə əla başladıq. Bilirəm ki, əlimizdən gələni edəcəyik. Mən qalib gəlmək istəyirəm. Çünki bu, ən vacib şeydir”.
Bu mövsüm A Seriyasında üç oyuna 9 xal toplayan "rossonerlər" turnir cədvəlində əzəli rəqibi "İnter"lə 1-2-ci yerləri bölüşür. "Qırmızı-qaralar" "qara-göylər"dən əlavə göstəricilərə görə geri qalır.
Xatırladaq ki, Milan derbisi şənbə günü, sentyabrın 16-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Nihat