"İnter"in baş məşqçisi Simone İnzagi bu gün keçiriləcək Milan derbisi ərəfəsində komandasının əsas hədəflərindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun dediklərini belə çatdırıb:
“İnter”in həmişə qalib gəlməli olması məni narahat etmirmi? Yox, etmir. Komandanın mümkün qədər çox oyun keçirməyi hədəfləməsi normaldır. Ümid edirik ki, ötən mövsüm olduğu kimi 57 oyun keçirəcəyik. Biz "İnter"ik. Qalib gəlmək, kuboklar qazanmaq və azarkeşlərə zövq vermək üçün buradayıq.
Heyəti müəyyənləşdirərkən vəziyyəti dəyərləndirməli, qarşıdakı matçda kimi start "11-lik"də oynatmalı olduğumu müəyyənləşdirməliyəm. Millidə 180 dəqiqə oynayanlar da var, 45 dəqiqə oynayanlar da. "İnter"in xeyrinə seçim edəcəm".
Qeyd edək ki, "İnter" - "Milan" qarşılaşması Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Nihat