"Xetafe"nin "Mançester Yunayted"dən icarəyə götürdüyü Meyson Qrinvud dünən İspaniya təmsilçisində debüt edib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu La Liqanın 5-ci turu çərçivəsində keçirilən matçda - “Koliseum Alfonso Peres” stadionunda keçirilən qarşılaşmanın 77-ci dəiqəsində meydana çıxıb.
"The Guardian"ın məlumatına görə, "Xetafe"nin 3:2 hesablı qələbəsi ilə başa çatan oyunda yerli azarkeşlər Qrinvuda ölüm arzulayıblar.
Meyson oyuna qoşulandan 7 dəqiqə sonra künc zərbəsini yerinə yetirib və qonaqların qələbə qolunu vurmasına yardımçı olub.
Qeyd edək ki, Qrinvud ilyarım sonra ilk rəsmi oyununa çıxıb. Hücum cəhdi və təcavüzlə bağlı ittiham edildiyi üçün uzun müddət futbolsuz qalan ingiltərəli oyunçu bəraət alandan sonra da "Mançester Yunayted"in heyətinə qaytarılmayıb. O, sentyabrın 1-də cari mövsümün sonunadək "Xetafe"yə icarəyə verilib.
Nihat