"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 5-ci turunda "Everton" üzərində səfərdə qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, BBC ispan mütəxəssisin dediklərini belə çatdırıb:
“Düşünürəm ki, inanılmaz oyun göstərdik. Rəqibi nəzarətdə saxladıq və çox sayda qol imkanları yaratdıq. Üstün tərəf biz idik. Təmiz qolla qalib gəldiyimiz üçün çox şadıq. Martinellinin qolu da sayılmalı idi.
Altı il iki ki, "Qudison Park"da qalib gələ bilmirdik, ona görə də bu görüş bizim üçün xüsusi çağırış idi. Rəqibə çox az imkan verdik, qapımız qarşısında real qol vəziyyəti yaratmadılar. Yüksək oyun intellekti sərgilədiyimiz və matça yaxşı kökləndiyimiz üçün qalib gəldik.
Trossard möhtəşəm qola imza atdı. O, bir neçə gün əvvəl Belçika millisinin heyətində də belə etmişdi. Oyuna sonradan qoşulan futbolçularımız da çox yaxşı çıxışla yadda qaldılar. Bizə bütün futbolçuların tam hazır olması lazımdır. Onlara tam güvənirik. Martinelli baldır nahiyəsində narahatlıq hiss edib. Həkimlər onu müayinə etməlidirlər”.
Nihat