Honduras çempionatında rezonans doğuran epizod yaşanıb.
Fanat.Az xəbər verir ki, "Marafon" klubunun müdafiəçisi Orelyan "Olimpiya" ilə matçda inanılmaz şəkildə rəqibin iki futbolçusunu zədələyib.
Epizodun görüntüləri sosial şəbəkələrdə yayılıb:
Inventen otra tarjeta, la roja ya quedó chica en el fútbol de Honduras.
— Ataque Futbolero (@AtaqueFutbolero) September 18, 2023
😳🇭🇳 pic.twitter.com/JoYicFAFi9
Maraqlıdır ki, Orelyananın hüquqları "Olimpiya"ya məxsusdur və o, "Marafon"da icarə əsasında oynayır.
Onu da əlavə edək ki, bu, futbolçunun sarı vərəqələrin çoxluğuna görə üzləşdiyi diskvalifikasiyadan sonra ilk oyunu idi. Orelyanın qəsdən sərt oynamağa görə uzunmüddətli cəza ilə üzləşəcəyi gözlənilir.
Mirağa