"Barselona"nın hücumçusu Joau Feliks La Liqanın 5-ci turunda "Betis"ə qarşı keçirdikləri matçdan (5:0) və Kataloniya təmsilçisinin heyətində vurduğu ilk qoldan danışıb.
Fanat.Az xəbər verir ki, AS "Atletiko Madrid"dən 1 mövsümlük icarəyə götürülən portuqaliyalı forvardın dediklərini belə çatdırıb:
"Bir müddətdən sonra yenidən start heyətdə yer aldığım üçün çox şadam. Bu, çox xoş hissdir. Belə komandada oynamaq asandır. Hər kəs əla idi. Sistem yerindədirsə, top sürətlə hərəkət edir və qollar vurulur.
Yüksək səviyyəli oyun göstərmək üçün çalışıram. Komandada ab-hava çox yaxşıdır. Xoşbəxtəm, çünki dəyişikliklər mənə, ailəmə və dostlarıma faydalı oldu”.
Qeyd edək ki, oyunun 25-ci dəqiqəsində komandasının ilk qoluna imza atan Feliks darmadağının əsasını qoyub.
Nihat