"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelottinin "Real Sosyedad"la matçın (2:1) fasiləsində futbolçulara nə dediyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, RMTV 46-cı dəqiqədə hesabı bərabərləşdirən orta xətt oyunçusunun dediklərini belə çatdırıb:
"Ançelotti fasilədə dedi ki, hər şey qaydasındadır. Elə matçlar var ki, heç nə alınmır. Bu gün çatışmayan yalnız qol idi ki, o da gəldi. Yaratdığımız şanslar əla idi və xoşbəxtlikdən oyunu çevirə bildik”.
Xatırladaq ki, "Real"ın qələbə qoluna müdafiəçi Xoselu imza atıb.
Nihat