İngiltərənin “Brentford” klubunun hücumçusu Ayven Toni karyerasənə Premyer Liqa nəhəngi "Çelsi"də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, "Çelsi" mərc oyunlarına görə oynamasına qadağa qoyulan 27 yaşlı futbolçu ilə iki ay sonra danışıqlara başlayacaq.
Toni yeni ilin yanvarında meydanlara qayıda biləcək. Transfer müzakirələri isə bundan bir ay əvvəl olacaq.
"Transfermarkt" Ayven Toninin transfer dəyərini 35 milyon avro qiymətləndirir. Futbolçu Premyer Liqada ötən mövsüm 33 matçda 20 qol vurub.
Mirağa