"Real Madrid" La Liqanın 5-ci turunda evdə "Real Sosyedad"ı 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, bu, Karlo Ançelottinin Madrid təmsilçisinin "sükanı arxası"nda 173-cü qələbəsi olub.
O, Zinəddin Zidanı geridə qoyub və qələbə sayına görə klub tarixində ikinci yerdə qərarlaşıb. Rekord isə 357 matçda rəqiblərini məyus edən Migel Munyosa məxsusdur.
Ançelotti La Liqada 112, Çempionlar Liqasında 36, Kral Kubokunda 17, Klublararası Dünya Çempionatında 4, Avropa Superkubokunda 2 və İspaniya Superkubokunda 2 zəfərə sevinib. 64 yaşlı italiyalı ilə "Real" 10 titula sahib çıxıb - 2 Çempionlar Liqası, 2 Klublararası Dünya Çempionatı, 2 Avropa Superkuboku, 2 İspaniya Kuboku, 1 La Liqa çempionluğu və bir İspaniya Superkuboku.
O, 2024-cü ildə Braziliya millisinə rəhbərlik edəcək. Bu barədə daha öncə Braziliya Futbol Konfederasiyasının rəhbəri Ednaldo Rodriqes məlumat verib.
Nihat