Argentina “Boka Xuniors”unun müdafiəçisi Valentin Barko daha bir Avropa klubunun hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" informasiya yayıb.
Mənbənin məlumatına görə, "Atletiko Madrid" 19 yaşlı futbolçunu heyətinə cəlb etmək istəyir.
Madrid nəhəngi Barko ilə müqavilə imzalamaq istədiklərini açıqlayan İngiltərə "Brayton"u ilə yarışmağa hazırdır. Valentinlə "Mançester Siti"nin də maraqlandığı bildirilir.
Gənc müdafiəçi ötən mövsüm Argentina təmsilçisinin heyətində 18 matçda iştirak edib, bir qol və iki məhsuldar ötürmə edib.
Mirağa